×
A
A
A
Sazlamalar

Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan tüfəng götürülüb

Bakı, 16 mart, AZƏRTAC

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdapay kənd sakini K.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-57” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-16 17:06:00