×
A
A
A
Sazlamalar

Bir qrup Şirvan şəhər sakini narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb

Bakı, 16 mart, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri E.Nuruşov və əvvəllər məhkum edilmiş A.Şirəliyev, S.Hacıyev və T.Quliyev Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Şəxsi axtarış zamanı A.Şirəliyevdən 1 kiloqramdan artıq heroin, S.Hacıyevdən 450 qram, E.Nuruşovdan 480 qram, T.Quliyevdən isə 430 qram marixuana aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Allahverdiyeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-16 16:48:00