×
A
A
A
Sazlamalar

® Son bir ildə “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

Bütün ölkə əhalisini yüksəkkeyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməkdədir. Belə ki, mobil operatorun təqdim etdiyi yüksəkkeyfiyyətli internet xidməti nəticəsində internet trafikinin həcmi son 1 il ərzində 65 faiz yüksəlib. Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub. Belə ki, son bir il ərzində Bakı üzrə smartfon istifadəçilərinin sayı 15 faiz, regionlar üzrə isə 14 faiz artıb.

“Nar”ın abunəçilərini keyfiyyətli internetlə təmin etməsi nəticəsində 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Bununla da hər iki “Nar” abunəçisindən biri aktiv 4G istifadəçisidir. Hazırda 54 bölgə mərkəzini LTE texnologiyalı baza stansiyası ilə təmin edən mobil operator ölkə ərazinin 76 faizini (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 93,2 faizini 4G/4.5G şəbəkəsi ilə əhatə edir.

İKT 2020-03-16 16:39:00