×
A
A
A
Sazlamalar

Paytaxtda “Shacman” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakı, 16 mart, AZƏRTAC 

Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 16-da saat 1 radələrində Səbail rayonunun A.M.Ələkbər küçəsində yolu keçən 50-55 yaşlı kişi İmişli rayon sakini R.Sadıqovun idarə etdiyi “Shacman” markalı avtomobillə vurulub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-16 16:14:00