×
A
A
A
Sazlamalar

Siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 16 mart, AZƏRTAC

Siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda martın 12-də “VAZ-21060”, “Opel Vectra” və “VAZ-2101” markalı avtomobillər ilə Gürcüstandan gələn Azərbaycan vətəndaşları Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunublar. Bu zaman vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetlərin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobillərin gizli saxlanc yerlərindən 8000 ədəd “King”, 2000 ədəd “Marlboro” və 10 min ədəd “De Santis” markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

 

Hadisə 2020-03-16 14:27:00