×
A
A
A
Sazlamalar

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər yaxalanıblar

Bakı, 16 mart, AZƏRTAC 

Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücüləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakinləri 22 yaşlı Elnur Teymurlu və Əli Alıyevin sürücülük hüququ olmadan idarə etdikləri “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərlə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri məlum olub.
Hər iki şəxs barəsində dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Hadisə 2020-03-16 14:20:00