×
A
A
A
Sazlamalar

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib

Sumqayıt, 16 mart, AZƏRTAC

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib. Hadisə şəhərin Corat qəsəbəsində bağ evlərindən birində qeydə alınıb.
AZƏRTAC Şəhər Polis İdarəsinə istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Orucova Hökümə Gülbala qızı dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2020-03-16 13:53:00