×
A
A
A
Sazlamalar

Son bir ayda dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin sənədlərinin saxtalaşdırılması halları müəyyənləşdirilib

Bakı, 16 mart, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı nəticəsində son bir ayda dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən 4 nəfər İran, 4 nəfər Konqo, 3 nəfər Pakistan, 2 nəfər Özbəkistan, 2 nəfər Hindistan və hər birindən 1 nəfər olmaqda Türkiyə, Tacikistan, Qvineya, Şri-Lanka və Moldova vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.
Martın 12-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb. Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən bir bağlamada 2 kiloqram heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-03-16 12:50:00