×
A
A
A
Sazlamalar

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 14 mart, AZƏRTAC 

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəki rayonunun Biləcik kəndi ərazisində yolu keçən rayon sakini E.Rəcəbovu Mingəçevir şəhər sakini Y.Quliyev idarə etdiyi “Renault” markalı avtomobillə vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-14 16:31:00