×
A
A
A
Sazlamalar

Ağstafa sakininin evində silah-sursat aşkarlanıb

Bakı, 14 mart, AZƏRTAC 

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 2 ədəd torbanın içərisində qablaşdırılmış 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid 4 daraq, 113 ədəd 5.45 millimetrlik və 108 ədəd 7.62 millimetrlik kalibrli avtomat silahına aid patronlar, üzərində “KOMAR 2M” yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iri çaplı patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-03-14 15:28:00