×
A
A
A
Sazlamalar

Xətai rayonunda “Mercedes” markalı avtomobil yanıb

Bakı, 14 mart, AZƏRTAC 

Xətai rayonunda “Mercedes” markalı minik avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yararsız vəziyyətə düşüb. Nəqliyyat vasitəsinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-03-14 15:20:00