×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb

Bakı, 14 mart, AZƏRTAC 

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 123 qramdan çox tiryək, 75 qrama yaxın həşiş, 14 qrama yaxın heroin, 18 qrama yaxın metamfetamin, həmçinin metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 206-cı, 234-cü və 240-cı maddələri ilə axtarışda olması da müəyyən edilib.

Hadisə 2020-03-14 14:52:00