×
A
A
A
Sazlamalar

Paytaxtda itkin düşən 9 nəfər tapılaraq ailəsinə təhvil verilib

Bakı, 14 mart, AZƏRTAC 

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 31 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 6-sı narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 27 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan doqquz nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hadisə 2020-03-14 14:51:00