×
A
A
A
Sazlamalar

Koronavirus Misirin turizm sektorunun fəaliyyətini dayandıra bilməyib

Qahirə, 14 mart, AZƏRTAC

Bütün dünyada COVID-19 virusunun yayılmasına rəğmən Misirə turist axını davam edir.
AZƏRTAC xəbər verir ki, son gün ərzində Türk Hava Yollarının aviareysi ilə Qahirəyə müxtəlif ölkələrdən 107 turist gəlib. Onları daxili aviareyslər və avtobuslarla Qədim Misir abidələrinin olduğu Luksordakı antik şəhərə yola salıblar.
Misirin Qədim Abidələr Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, ölkənin turizm sektoru fəaliyyətini davam etdirir. Yeni gələn turistlər arasında alman, fransız və ispan səyahətçilər çoxluq təşkil edirlər. Bundan başqa, Qahirənin görməli yerləri, Giza ehramları, Safaqa və Hurqhada da turistlərin sevimli məkanlarıdır. Şarm əl-Şeyx kurortunda da havaların isinməsi ilə əlaqədar turistlərin sayı artır.
Ölkənin Turizm və Qədim Abidələr və Səhiyyə nazirlikləri turistlərin koronavirusa qarşı təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Turizm 2020-03-14 13:47:00