×
A
A
A
Sazlamalar

Qaxda ev yanıb

Bakı, 14 mart, AZƏRTAC 

Qax rayonunda ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində
ev içərisindəki əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-14 10:38:00