×
A
A
A
Sazlamalar

Nizami rayonunda müxtəlif təyinatlı tikilinin dam örtüyü və içərisindəki avadanlıqlar yanıb

Bakı, 14 mart, AZƏRTAC
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli müxtəlif təyinatlı (anbar, avtomobil təmiri sexi və sair) tikilinin dam örtüyü və içərisindəki avadanlıqlar 80 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-03-14 02:34:00