×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda yanğın baş verib

Bakı, 13 mart, AZƏRTAC 

Binəqədi rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində tikilinin lambirindən ibarət tavanı 80 kvadratmetr sahədə və içərisindəki ofis otağında əşyalar yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-13 18:33:00