×
A
A
A
Sazlamalar

Bakıda bir neçə nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Bakı, 13 mart, AZƏRTAC 

Paytaxtda dələduzluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il yanvarın 29-dan martın 5-dək olan müddətdə paytaxt sakinləri olan 3 nəfərə qarşı dələduzluq etməkdə, habelə bir nəfərin 240 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Səlimzadə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-03-13 18:27:00