×
A
A
A
Sazlamalar

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb

Bakı, 13 mart, AZƏRTAC 

Beyləqan rayonunun Əhmədli kəndi ərazisində Bakı şəhər sakini Qafar Seyidəliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə Q.Seyidəliyev və həyat yoldaşı Güləndam xəstəxanaya aparılarkən yolda ölüb, avtomobildə olan 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-13 16:28:00