×
A
A
A
Sazlamalar

Zaqatalada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 13 mart, AZƏRTAC 

Zaqatala rayonunun Cimcimax kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, alov nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.

Hadisə 2020-03-13 16:06:00