×
A
A
A
Sazlamalar

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Bakı, 13 mart, AZƏRTAC
Ötən gün törədilmiş 29 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Hadisə 2020-03-13 14:16:00