×
A
A
A
Sazlamalar

Avtomobillərdən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb

Bakı, 13 mart, AZƏRTAC
Qaradağ rayonunda martın 7-də evlərin birindən 5000 manat və 700 ABŞ dolları, habelə məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri V.İsmayılov və M.Babayev Bakı Şəhər Baş Polis İdarəsinin və rayon polis idarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il fevralın 26-da və martın 3-də Binəqədi rayonunda iki avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Kazımov rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.
Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə martın 7-də və 9-da şəhər sakinlərinə məxsus iki avtomobildən mobil telefon, maqnitofon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş M.Sultanov tutulub.

Hadisə 2020-03-13 14:19:00