Azərbaycan yazıçısı Varis nüfuzlu PEN-kluba üzv seçilib
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan yazıçısı Varis dünya yazarlarının ən aparıcı və nüfuzlu təsisatı olan PEN İnternational təşkilatına üzv seçilib. Yazıçıların PEN-kluba qəbulu səs hüququna malik ölkə nümayəndəliklərinin kollegial rəhbər orqanlarının tövsiyəsi əsasında Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, yazıçımızın PEN-kluba üzvlüyü təsisatın Rusiya üzrə nümayəndəliyinin kollegial rəhbər orqanı tərəfindən dəstəklənib.
Qeyd edək ki, məqsədi irqindən və dinindən asılı olmayaraq bütün dünya yazıçılarının yaradıcı əməkdaşlığını təmin etmək, eləcə də onların hüquqlarını müdafiə etmək olan, daha çox PEN-klub adı ilə tanınan bu təsisatın mənzil-qərargahı Londonda yerləşir. Hazırda PEN-klub öz fəaliyyət və nüfuz dairəsinə görə dünyanın 101 ölkəsini əhatə edir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir