×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 13 mart, AZƏRTAC 

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “VAZ-2106” və A.Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə E.Məmmədovun avtomobilində olan sərnişin, paytaxt sakini Süsənbər Abbasova xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-13 14:17:00