×
A
A
A
Sazlamalar

Bakı şəhər sakini silahı və onun sursatını könüllü olaraq polisə təhvil verib

Bakı, 13 mart, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini V.Hüseynov "Mauser" markalı tapançanı və 25 ədəd patronu könüllü olaraq Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verib.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xubyarlı kənd sakini Q.Şükürovdan bir ədəd "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Hadisə 2020-03-13 14:15:00