×
A
A
A
Sazlamalar

Masallıda mağazadan quldurluq yolu ilə külli miqdarda pul aparılıb

Bakı, 13 mart, AZƏRTAC 

Martın 12-də Masallı şəhəri ərazisindəki mağazalardan birində bir nəfər orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib quldurluq yolu ilə kassadakı 11.700 manat pulu aparıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluq etməkdə şübhəli bilinən Musaküçə kənd sakini R.Şahverdiyev Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-13 13:53:00