×
A
A
A
Sazlamalar

Kosmetik məhsulların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 13 mart, AZƏRTAC
Kosmetik məhsulların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Fusion” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa oturacaqlarının alt hissəsində, yük yerinin sol tərəfindəki boşluqda və salonun nəfəslik hissəsində gömrük nəzarətindən gizlədilən 708 ədəd müxtəlif adda kosmetik məhsul aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-13 13:42:00