×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda silahlı şəxs saxlanılıb

Bakı, 13 mart, AZƏRTAC 

Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı atəşə yararlı tapança, həmin silaha məxsus 7 ədəd patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı 21-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hadisə 2020-03-13 13:32:00