×
A
A
A
Sazlamalar

Ağcabədi rayonunda qətl törədən şəxs həbs edilib

Bakı, 13 mart, AZƏRTAC 

Fevralın 11-də Ağcabədi rayonunun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ağcabədi Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə 2020-03-13 11:27:00