×
A
A
A
Sazlamalar

Oğuz rayonunda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 12 mart, AZƏRTAC
Oğuz rayonunun Mollalı kəndi yaxınlığında dağlıq ərazidə üç hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Yaxınlıqdakı meşə zolağı alovdan mühafizə olunub.

Hadisə 2020-03-12 22:46:00