×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən dərman preparatları və qadın geyimləri aşkarlanıb

Bakı, 12 mart, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən dərman preparatları və qadın geyimləri aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının “Lada-219020 Granta” markalı avtomobili Əməliyyat və Təhqiqat şöbəsinin məlumatı əsasında yoxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 97 ədəd şüşə flakon və 1400 həb müxtəlif adda dərman preparatı, həmçinin 32 ədəd müxtəlif markalı qadın geyimi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-12 17:56:00