×
A
A
A
Sazlamalar

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb

Bakı, 12 mart, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Mollalı kəndi ərazisində yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları cəlb ediliblər.
İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 3 hektar sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2020-03-12 17:50:00