×
A
A
A
Sazlamalar

Astara rayon sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 12 mart, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyevdən 134 qramdan çox heroin, evindən isə metamfetamin Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aşkarlanaraq götürülüb.

Hadisə 2020-03-12 16:50:00