×
A
A
A
Sazlamalar

Şəmkirdə oğurluqla məşğul olan üç nəfər tutulub

Bakı, 12 mart, AZƏRTAC 

Şəmkir rayonu ərazisindəki evlərin birindən 6 min manat dəyərində təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Q.Abdullayev, əvvəllər məhkum olunmuş - N.Xəlilov və R.Əliyev Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı N.Xəlilovdan 24 qramdan artıq, Şiştəpə kəndi ərazisində yerləşən qəbiristanlıqda gizlətdiyi 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.
R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sabirkənd kəndi ərazisində quraşdırılmış “Azercell Telekom” MMC-yə məxsus radio-baza stansiyasından 60 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-03-12 16:33:00