×
A
A
A
Sazlamalar

Bəhruz Əsgərov: Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur

Bakı, 11 mart, AZƏRTAC

Koronavirusla bağlı hazırkı vəziyyəti nəzərə alaraq strategiyamıza müəyyən dəyişikliklər etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov ölkədaxili turizm kampaniyasının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bu dəyişiklik cari ilin birinci yarımilliyində olan fəaliyyətlər üçün nəzərdə tutulub: “Müxtəlif sərgilərdə iştirak, tədbirlərin təşviq olunması üçün təkliflər etmişik. Mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza müvafiq dəyişikliklər etməyə davam edirik”.
O qeyd edib ki, müxtəlif layihələrdə rəqəmsallaşmaya keçilib: "Müəyyən layihələri rəqəmsal platforma üzərindən çatdırmağı planlaşdırırıq. Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur. Bundan istifadə etmək lazımdır. Bir daha yenidən düşünək, vəziyyətə fokuslanaq və təklif etdiyimiz məhsulları daha da yaxşılaşdıraq”.

Turizm 2020-03-11 15:44:00