×
A
A
A
Sazlamalar

Hər bir mehmanxana obyekti ulduz alarkən müəyyən tələblərə cavab verməlidir

Bakı, 11 mart, AZƏRTAC

Hotellərin ulduzlaşması üçün tələblər müəyyən edilib. Hər bir mehmanxana obyekti ulduz alarkən müəyyən tələblərə cavab verməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov ölkədaxili turizm kampaniyasının təqdimat mərasimində deyib.
Əsas məqsədin hotellərdə məmnunluq səviyyəsinin qaldırılmasına yönəldiyini söyləyən agentlik rəsmisi bildirib ki, ölkəyə daha çox turistin gəlməsində maraqlıdırlar. Onun sözlərinə görə, yerli insanların turizmə cəlb olunması üçün xüsusi fəaliyyət planı işlənib hazırlanır: “Hazırda müvafiq orqanlarla birlikdə turizmə cəlb edilən insanların biliklərinin, təlim bacarıqlarının artırılması istiqaməti üzərində işləyirik. Eyni zamanda, fikirləşirik ki, onların marketinq işinə necə kömək edək. Hazırda müzakirələr gedir, yəqin ki, ən yaxın vaxtda bununla bağlı müvafiq addımlar atılacaq”, - deyə aparat rəhbəri vurğulayıb.

Turizm 2020-03-11 15:34:00