×
A
A
A
Sazlamalar

İnsanın dünyaya münasibətindən bəhs edən tamaşa - “Katarsis”

Bakı, 11 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Katarsis” tamaşası göstəriləcək.
AZƏRTAC xəbər verir ki, qeyri-adi üslubda hazırlanan tamaşada dünya ilə insan münasibətlərinin yozumundan danışılır.
Tamaşanın ssenari müəllifi Əməkdar artist Nargilə Qəribovadır. Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Sənubər Səmədovaya, musiqi tərtibatı isə Nargilə Qəribovaya məxsusdur.
Xronometrajı 40 dəqiqə olan səhnə əsərində qəhrəmanların mənsur poetik parçalar şəklində təzahür edən daxili monoloqlarının növbə ilə səsləndirilməsi canlanır.

Teatr və kino 2020-03-11 14:18:00