×
A
A
A
Sazlamalar

Alimlər atmosferin təmizliyini kosmosdan izləyə biləcəklər

Bakı, 11 mart, AZƏRTAC

NASA, Cənubi Koreya və Avropa Kosmik Agentliyi real zaman rejimində Yer kürəsində havanın təmizliyini izləməyin mümkün olacağı peyk sisteminin hazırlanması üzərində işləyir.
Atmosfer çirklənmələrinin izlənilməsi üçün ilk cihaz Cənubi Koreyanın okean səthinin monitorinqi üçün nəzərdə tutulan peykinin tərkibində buraxılmış ətraf mühitin monitorinqi üçün geostasionar spektrometri olub.
AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, 2022-ci ildə NASA kosmosa əlaqə peykinin tərkibində cihaz göndərməyi planlaşdırır. 2023-cü ildə isə Avropa Kosmik Agentliyi havanın keyfiyyətini izləyən iki cihaz göndərərək peyklər qruplaşmasına qoşulacaq.
Toplanılan məlumatlar atmosferə azot dioksidi, formaldehid və aerozollar atan çirklənmə mənbələri ilə mübarizə aparmağa kömək edəcək. Məlumatlar hər saat yenilənəcək, bu isə epizodik çirklənmələri (məsələn, zərərli maddə tullantılarının ən çox yayıldığı vaxtı) aşkar etməyə imkan verəcək.
Peyklərin tərkibində kosmosa göndərilən cihazlar vasitəsilə çirklənmələrin meydana gəldiyi yer müəyyənləşəcək və onların hərəkət yolu izlənəcək.

Texnologiya 2020-03-11 12:19:00