×
A
A
A
Sazlamalar

Qala-Pirallahı yolunun 3,6-cı kilometrində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı, 6 mart, AZƏRTAC

Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrində yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti yolun bağlanmaması şərtilə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məhdudlaşma martın 7-i səhər saat 06:00-dan 10:00-dək tətbiq ediləcək.
Sürücülərdən həmin saatlarda sözügedən hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tikinti̇ 2020-03-06 17:53:00