×
A
A
A
Sazlamalar

28 May küçəsində dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq

Bakı, 6 mart, AZƏRTAC

Paytaxtın Nəsimi rayonu, 28 May küçəsində dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məhdudlaşma martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Tikinti̇ 2020-03-06 15:19:00