×
A
A
A
Sazlamalar

Xırdalan dairəsi ətrafında avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Bakı, 6 mart, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi ətrafında aparılan yenidənqurma işləri çərçivəsində yolun dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətlərinin dəyişdirilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00–05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd edilən saatlarda həmin ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tikinti̇ 2020-03-06 12:56:00