İordaniyanın “əl-Dustur” qəzetində Xocalı soyqırımı barədə məqalə dərc edilib
Bakı, 5 mart, Şıxəli Əliyev, AZƏRTAC
İordaniyanın nüfuzlu “əl-Dustur” qəzetində tanınmış jurnalist, akademik Mərvan Sudahın “Xocalıya əbədi ağı” adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə erməni hərbi birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı 1992-ci il fevralın 26-da törətdiyi soyqırımından bəhs edilir.
Müəllif qeyd edir ki, təcavüzkarlar tərəfindən vəhşicəsinə törədilmiş bu faciə soyqırımıdır. Qadın, uşaq, qoca demədən Xocalının günahsız azərbaycanlı əhalisinin – qədim mədəniyyəti ilə Asiya və ümumiyyətlə, dünya tarixinə töhfələr verən bir xalqın nümayəndələrinin qanları axıdılıb.
Deputat: Xocalı və Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq
Bernama agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı faciəsi ilə bağlı müsahibəsini yayıb
ABŞ-ın Meyn ştatında Xocalıdan bəhs edən rəsm sərgisi təşkil edilib
Misirin diplomatik nəşrində Xocalı soyqırımından bəhs edilib