×
A
A
A
Sazlamalar

“ADY Express” “TransRussia 2020” Nəqliyyat və Logistika sərgisində iştirak edəcək

Bakı, 5 mart, AZƏRTAC

Aprelin 13-15-də Rusiyanın paytaxtı Moskvada “TransRussia 2020” 25-ci Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçiriləcək.
“ADY Express” MMC-dən AZƏRTAC-a bildirilib ki, “Krokus Ekspo” sərgi mərkəzində baş tutacaq nüfuzlu sərgidə MMC də iştirak edəcək. Şirkət əməkdaşlıq etmək istəyənləri stendə dəvət edir.

Sərgilər 2020-03-05 14:36:00