×
A
A
A
Sazlamalar

Elmir Vəlizadə: Fərdi məlumatlar kibertəhlükəsizliyin əsas tərkib hissəsi sayılır

Bakı, 5 mart, AZƏRTAC
Fərdi məlumatlar müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Fərdi məlumatlar, həmçinin kibertəhlükəsizliyin əsas tərkib hissəsi sayılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 5-də təşkil olunan “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” mövzusunda tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, hazırda fərdi məlumatların mühafizəsinə bir çox ölkələrdə, o cümlədən Avropada ciddi fikir verilir. Müvafiq qanunvericilik aktları və konvensiyalar qəbul edilib. Azərbaycan Konstitusiyasının 32-ci maddəsində də fərdi məlumatlarla bağlı müddəalar öz əksini tapıb.

İKT 2020-03-05 11:04:00