×
A
A
A
Sazlamalar

® “Qazax Sement Zavodu” MMC Dubayda keçirilən beynəlxalq sement konfransında iştirak edib

Prezident İlham Əliyevin regionların sosial inkişafı sahəsində verdiyi fərmanlar və dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, investisiya qoyuluşunun və müəssisələrin məhsuldarlığının artırılmasına böyük təkan verib.

Bu proqramlara uyğun olaraq “Qazax Sement Zavodu” MMC klinker və sement istehsalı, o cümlədən respublikanın qərb regionunda yerləşməsi ilə Gürcüstana klinker ixrac potensialının artırılmasına istiqamətlənən investisiya layihəsini reallaşdırır.
“Qazax Sement Zavodu” MMC Almaniyanın “Sustained Visions” şirkəti ilə birlikdə bu ilin martın 2-4-də Dubayda keçirilən Beynəlxalq Sement Konfransı “Intercem Dubai 2020”də iştirak edib.
Konfransda “Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi və “Sustained Visions” şirkətinin mütəxəssisləri “Minimal investisiyanın xərclənməsi ilə məhsuldarlığın artırılması” mövzusunda çıxış ediblər.
İştirakçılara 2019-cu və 2020-ci ildə zavodda əldə edilən nailiyyətlər, klinker və sement istehsalı həcminin, o cümlədən ixrac potensialının artırılmasına istiqamətlənən investisiya layihələri barədə məlumat verilib.
Məlumat üçün bildiririk ki, konfransda dünyanın 40-dək ölkəsindən 300-dək nümayəndə iştirak edib.

Tikinti̇ 2020-03-04 16:00:00