×
A
A
A
Sazlamalar

“World Harmony” klassik və folklor musiqi müsabiqəsi laureatları Bakıda konsert verəcək

Bakı, 3 mart, AZƏRTAC

Martın 12-də III Beynəlxalq “World Harmony” klassik və folklor musiqi müsabiqəsi laureatlarının konserti olacaq.
AZƏRTAC xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq konserti dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşahidə edəcək.
Qeyd edək ki, müsabiqədə müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçılar iştirak ediblər.
Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.
Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Musiqi 2020-03-03 15:41:00