Türkiyənin Osmaniyə şəhərində Xocalı prospektinin açılışı olub
Ankara, 3 mart, AZƏRTAC
Türkiyənin Osmaniyə şəhərində fəaliyyət göstərən Korkut Ata Universitetində “Xocalı soyqırımı- 28 ildir susmayan acı” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və başqaları Xocalı soyqırımı ilə bağlı iştirakçılara müfəssəl məlumat veriblər.
Sonra Osmaniyə şəhərinin mərkəzində Xocalı prospektinin açılışı olub. Həmçinin səfir Xəzər İbrahim ilə vali Ömer Faruk Coşkun arasında ikitərəfli görüş keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Deputat: Xocalı və Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq
Bernama agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı faciəsi ilə bağlı müsahibəsini yayıb
ABŞ-ın Meyn ştatında Xocalıdan bəhs edən rəsm sərgisi təşkil edilib
Misirin diplomatik nəşrində Xocalı soyqırımından bəhs edilib