×
A
A
A
Sazlamalar

“Hökumət Buludu” beynəlxalq təcrübəyə əsaslanan müasir hesablama texnologiyasıdır

Bakı, 3 mart, AZƏRTAC

“Hökumət Buludu” xidməti beynəlxalq təcrübəyə əsaslanan müasir hesablama texnologiyasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 3-də keçirilən “Təhlükəsiz “Hökumət buludu” mövzusunda tədbirdə deyib.
Xidmətin bir sıra üstünlüklərindən bəhs edən nazir müavini ölkəmizdə də artıq “Hökumət Buludu”nun konsepsiyasının hazırlandığını qeyd edib.
Tədbirdə "Hökumət Buludu” konsepsiyası və beynəlxalq təcrübə", “Azcloud” hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik", "Dövlət informasiya resurslarında təhlükəsizlik tədbirləri" və digər mövzularda məruzələr dinlənilir.

İKT 2020-03-03 10:59:00