×
A
A
A
Sazlamalar

Ankarada Xocalı soyqırımına həsr olunan konfrans keçirilib VİDEO

Ankara, 2 mart, AZƏRTAC
Ankarada Xocalı həftəsi çərçivəsində Jurnalistlər Cəmiyyəti tərəfindən konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Konfransda çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Əttar 28 il əvvəl Xocalıda baş verənləri ermənilərin ötən əsrin əvvələrindən başlayaraq Türkiyə və Azərbaycan ərazisində həyata keçirdikləri soyqırımı siyasətinin bir hissəsi kimi qiymətləndirib.
Diqqətə çatdırıb ki, ermənilərin zaman-zaman xalqlarımıza qarşı törətdikləri amansız cinayətləri özləri etiraf ediblər. Lakin təəssüf ki, beynəlxalq ictimaiyyət bu cinayətlərə münasibət bildirmir.
O, çıxışının sonunda “Xocalıya ədalət!”, “Azərbaycan Qarabağdır!” şüarları səsləndirib.
Konfrans çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi təşkil olunub.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2020-03-02 16:37:00

Video