Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İvona Alışkova: Xocalı kimi faciələr işıqlandırılmalıdır ki, bir daha təkrarlanmasın

Paris, 2 mart, AZƏRTAC
Bəzən çox danışılır, ancaq heç bir addım atılmır. Bu tədbir çərçivəsində nümayiş etdirilən sənədli film mənə çox təsir etdi. Bu sənədli filmdə qadınların üzləşdiyi işgəncələri görəndə göz yaşlarımı saxlaya bilmədim. Hər kəs bilməlidir ki, dünyanın gələcəyini, davamlılığını qadınlar təmin edir. Onların sayəsində nəsillər artır, inkişaf edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransada “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda keçirilən tədbirin iştirakçısı İvona Alışkova deyib.
Bildirib ki, qadınlara qarşı olan qeyri-insanı münasibətlər qəbuledilməzdir. Onlara qarşı törədilən qəbuledilməz hərəkətlər bəşəriyyətə qarşı cinayətdir. Mülki əhaliyə qarşı belə qəbuledilməz davranışlar cəzalandırılmalıdır.
“Bu filmdə silahlı münaqişədən ən çox qadınların, uşaqların və ahılların əzab–əziyyət çəkdiyinin şahidi olduq. Belə faciələr işıqlandırılmalıdır ki, bir daha təkrarlanmasın”,-deyə İ. Alışkova qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Siyasət 2020-03-02 15:22:00